...

Azərbaycanda butan-butilen istiehsalı azalıb

Energetika Materials 4 Yanvar 2008 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / 2007-ci ildə "H.Əliyev adına" Neftemalı Zavodunda (Keçmiş "Azneftyanacaq") 145 min ton butan-butilen fraksiyası istehsal ounub. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Bu göstərici praqnozlaşdırılandan 2,57 faiz və ya 3,63 min ton çoxdur.

2006-cı ildə butan-butilen fraksiyası istehsalının həcmi 148,22 min ton təşkil edib ki, bu da ötən ilin göstəricisindən 3,19 min ton (2,2 faiz) çoxdur. 2005-ci ildə bu göstərici 129,62 min tona bərabər olub.

2007-ci ildə 2006-cı ildə olduğu kimi bu müəssisədə propan-propilen fraksiyası istehsal olunmayıb. 2005-ci ildə propan-propilenin istehsal həcmi 3,02 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti