...

Viktor Yuşşenko və İlham Əliyev Ukraynada Xəzər neftinin emalı üzrə birgə yüksək texnologiyalı kompleksin yaradılması imkanlarını müzakirə ediblər

Energetika Materials 22 May 2008 18:02 (UTC +04:00)

Ukrayna, Kiyev, 22 may /" müxbir Z.Novosvitski/ Ukrayna prezidenti Viktor Yuşşenko və Azərbaycan prezidenti İlham Əliyev Ukraynada Xəzər neftinin emalı üzrə birgə yüksək texnologiyalı kompleksin yaradılması imkanlarını müzakirə ediblər.

Ukrayna dövlətinin mətbuat xidmətinin verdiyi məlumata görə, cümə axşamı Kiyevdə iki ölkə prezidentinin təkbətək görüşündə bu məsələyə toxunulub.

Görüş zamanı prezidentlər energetika, hərbi-texniki və humanitar əməkdaşlıq müzakirə olunub. Xüsusilə, Kiyevdəki Energetika sammiti müzakirə olunub.

Bundan əlavə, tərəflər hərbi-texniki əməkdaşlığın fəallaşdırılmasını və azərbaycanlı hərbçilərin Ukrayna Ali Hərbi Müəssisələrində hazırlığı müzakirə olunub.

Ukrayna tərəfi həmçinin Azzrbaycanın BMT-nin 1932-1933-cü iilər Qolodomorla bağlı qətnaməni dəstəkləyəcəyinə ümid edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti