Azərbaycan, Bakı, 19 iyun/ Trend , müxbir E.İsmayılova/ Cümə axşamı "Caspian Shipyard Company"nin (CSC) rəhbərliyi bir həftə əvvəl keçirilən tətildən sonra yerli işçilərin əmək haqlarının altı faiz artırılması barədə təklif irəli sürüb. Bu barədə cümə axşamı adının çəkilməsini istəməyən tətil iştirakçısı məlumat verib.
"Əgər əvvəllər biz "çörək üçün" [ərzaq üçün] əmək haqqından əlavə 65 manat alırdıqsa, indi bu məbləğ əmək haqqının [əvvəllər verilən] üstünə gəlinib və bu ümumi məbləğ 6 faiz artırılıb. Əvvəllər müəssiədə minimal əmək haqqı təqribən $200 təşkil edirdisə, indi $300-dır.
Tətilçilər inflyasiya ilə əlaqdar əmək haqqının tədricən artırılması barədə verilən vədi nəzərə almaqla CSC rəhbərliyinin təklifini qəbul etməyə razı olublar.
Təcili şərhlərin alınması üçün "Caspian Shipyard Company"nin rəsmi nümayəndəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.
Tətil Bakıda, CSC neft servisi müəssisəsinin ərazisində keçirilib. Tətil iştirakçılarının sayı təxminən 700 nəfərə çatıb, onlar CSC rəhbərliyindən əmək haqqının 500-1000 manatadək artırılmasını tələb ediblər.
CSC-nin yerli əməkdaşları olan tətilçilər bildiriblər ki, BM-in təqribən 300 nəfər əcnəbi işçisinin aylıq əmək haqqı ən azı $1200 təşkil edir. Onlar həmçinin iş qrafikinin normallaşdırılmasını tələb ediblər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]