...

Azərbaycanda neft kimyasının inkişafı üçün xüsusi konsepsiya yaradılmalıdır - nazir

Energetika Materials 20 İyun 2008 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir E.İsmayılov / Azərbaycanda yerli xammal bazasında neft - kimya kompleksinin yaradılmasına imkan verəcək neft- kimya sənayesinin inkişafı üçün xüsusi konsepsiya formalaşdırmaq lazımdır. Bu barədə cümə günü sənaye və energetika naziri Natiq Əliyev qaz sənayesi işçilərinin peşə bayramına həsr olunmuş mərasimdə jurnalistlərə bildirib.

"Sözügedən kompleks üçün xammal bazası həm təbii qaz, həm də neft və qaz məhsullarıdır. Bunun əsasında yeni neft- kimya kompleksi inşa olunmalı və eyni zamanda, ayrıca kimya sənayesi inkişaf etdirilməlidir", - deyə nazir bildirib.

Əliyev bildirib ki, Azərbaycanda, ilk növbədə, yerli xammal bazasında neft - kimya kompleksi yaradılmalıdır.

"Neft - kimya kompleksi Azərbaycan sənayesinin mühim hissəsidir. Sovet dövründə neft- kimya kompleksı Azərbaycanın xüsusiyətləri, eləcə də ölkənin xammal bazası nəzərə alınmadan, birtərəfli qaydada inkişaf edirdi", - deyə nazir bildirib.

"Azərkimya" Dövlət Şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti ölkənin neft- kimya kompleksinin yaradılması üzrə təkliflər hazırlayıb. Sözügedən təkliflər bu yaxınlarda nazirliyə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti