...

Yanvar – avqust aylarında Azərbaycanda lak - boya məmulatlarının istehsalı artıb

Energetika Materials 17 Sentyabr 2008 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr/ Trend / Azerkimya dövlət şirkəti yanvar - avqust ərzində təxminən bütün kimya məhsulları üzrə 2007- ci ilin müvafiq dövründəki istehsal göstəricilərini nəzərəçarpacaq dərəcədə qabaqlayır.

Azərbaycanın Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin yanvar-avqustu ilə müqayisədə, propilen istehsalı 47,4 faiz, polietilen - 53,3 faiz, izopropil spirtinin istehsalı 55,2 faiz artıb. Kaustik soda istehsalı 67,6 faiz, xlor oksidi - 85,7 faiz, lak - boya məmulatları istehsalı 55,3 faiz artıb.

2008 - ci il ərzində əsas kimya məhsullarının istehsalı:

Məhsul 2008 - ci ilin yanvar-avqustunda istehsal, min ton 2007-ci ilin yanvar-avqustu ilə müqayisədə, %
Kaustik soda 15,3 167,6
Propilen 20,9 147,4
Polietilen 37,8 153,3
İzopropil spirti 14,4 155,2
Lak-boya məmulatları 1,8 155,3
Xlor oksidi 2,6 185,7
Xəbər lenti

Xəbər lenti