...

Azərbaycan neftinin qiyməti: 15-19 sentyabr həftəsinin yekunları

Energetika Materials 22 Sentyabr 2008 14:56 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 15-19 sentyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 22 sentyabr / Trend , müxbir A.Bədəlova/ Ötən həftə Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $92,75/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $8/barr azdır.

15-19 sentyabr həftəsində AZERI LT neftinin maksimal qiyməti $96,69/barr, minimal qiyməti isə $89,56/barr təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

Ötən həftə Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $87,87/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $8,48/barr azdır.

15-19 sentyabr həftəsində URALS neftinin maksimal qiyməti $91,83/barr, minimal qiymət isə $84,74/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

Ötən həftə Brent Dated neftinin orta qiyməti $89,84/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $8,19/barr çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $93,78/barr, minimal qiymət isə$86,69 /barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti