...

ABŞ yanvar-iyul aylarında Azərbaycandan neft məhsulları idxalını azaldıb

Energetika Materials 4 Oktyabr 2008 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 oktyabr / Trend / Cari ilin yanvar-iyul aylarında ABŞ Azərbaycandan 257 min barel neft məhsulları idxal edib. Ötən ilin analorji dövründə bu göstərici 631 min barel təşkil edib. Bu barədə ABŞ-ın Enerji İnformasiyaları İdarəsinin (EİA) məlumatında bildirilir.

2007-ci ildə Birləşmiş Ştatlar Azərbaycandan 2,2 mln. barel, 2006-cı ildə isə 351 min barel neft məhsulları idxal edib.

ABŞ 2005-il ildə Azərbaycandan 563 min barel neft məhsulları alıb. 2004-cü ildə bu göstərici 484 min barel təşkil edib.

Xəbər lenti

Xəbər lenti