...

Azərbaycanın Şəki rayonuna  təbii qazın verilməsi yenidən dayandırılıb

Energetika Materials 18 Oktyabr 2008 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr/ Trend , müxbir S.Fətəliyev, E.İsmayılov/ Şəki - Ağdaş magistral qaz kəmərində sızma nəticəsində, ölkənin şimal-qərbində yerləşən Şəki şəhərinə  təbii qazın verilməsi dayandırılıb, - vəziyyətlə tanış olan şəhərin qaz istismarı idarəsindəki mənbə bildirib.

Sızma gecə Şəki rayonunun Göybulaq kəndi ərazisində baş verib. "Hazırda qaz kəmərində təmir işləri aparılır, günün sonuna qazın verilməsi bərpa ediləcək", - mənbə bildirib.

Əvvəllər, eyni magistral qaz kəmərində baş verən yanğınla əlaqədar, oktyabrın 6-da Şəkiyə "mavi yanacağın" verilməsi dayandırılmışdı. Qəzaya boru kəmərinin hissələrinin birləşdiyi yerlərdən birində qazın sızması səbəb olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti