...

İraq nefti İranda emal ediləcək

Energetika Materials 19 Oktyabr 2008 03:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr / Trend / İranın Abadan neft emalı zavodunun direktoru Əlirza Əbhəci şəmbə günü bildirib ki, İraqın Bəsrə şəhərindən İranın Abadan şəhərinə boru kəməri tikilməkdədir. Bu barədə İranın Mehrnews xəbər saytı məlumat verir.

Əbhəci qeyd edib ki, 2009-cu ildə Abadan neft emalı zavodunun yanacaq istehsalı həcmi 6 milyon litr artacaq. Hazırda zavodun ümumi istehsal həcmi 410 min bareldi.

Onun sözlərinə görə Abadan neft emalı zavodunda gündəlik 800 ton maye qaz, 9 milyon litr benzin, 20 milyon litr dizel yanacağı istehsal olunur.

Əbhəci əlavə edib ki, Bəsrədən Abadana çəkilən boru kəmərinin tikintisi başa çatdıqdan sonra İraq neftinin İranda emalı üçün şərait yaranacaq.

Abadan şəhəri İranın cənub-qərbində yerləşən Xuzestan vilayətinin tərkibindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti