...

"LUKoyl" Xəzərin Azərbaycan sektorunda kəşfiyyat quyusunu qazmaga başlayıb

Energetika Materials 29 Oktyabr 2008 05:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr/ Trend müxbir E.İsmayılov/ Rusiyanın "LUKoyl" şirkəti Xəzərin Azərbaycan sektorunda, D-222 perspektivli strukturunda ("Yalama") ikinci kəşfiyyat quyusunu qazmaga başlayıb. Bunu şirkətdən çərşənbə axşamı bildiriblər.

Qazımanı Danimarkanın Maersk şirkətinə məxsus Heydər Əliyev adına qazma qurğusu həyata keçirəcək. İkinci kəşfiyyat quyusunun dərinliyi 2650 metr təşkil edəcək v? birinci kəşfiyyat quyusundan 22 km aralıda suyun 690 metr dərinliyində qazılacaq.

LUKOYL "Yalama"da ilk quyunu 2005-ci ildə qazıb. Quyunun dərinliyi 4400 m, layihə dərinliyi isə 4500 m təşkil edib. Qazıma zamanı şirkət üçün kommersiya maraqları kəsb etməyən cüzi həcmdə karbohidrogen aşkar olunub.

"Heydər Əliyev adına" qazıma qurğusu suyun 1000 metr dərinliyində 9 min metrədək dərinlikdə quyu qazmaq üçün nəzərdə tutulub. Xəzərin maksimal dərinliyi 1025 m. təşkil edir,buisə o deməkdir ki, qurğu onun bütün akvatoriyasında işləyə bilər.

"Yalama" (D-222 bloku) strukturunun işlənməsi üzrə müqavilə 1997-ci il iyulun 3-də imzalanıb.

Bu layihənin iştirakçıları aşağıdakılardır: "LUKoyl" - 65 faiz, SOCAR şirkəti (Azərbaycanın Dövlət Neft Şirkəti) - 20 faiz və Gaz de France - 15 faiz.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti