...

OMV Türkmənistanla qaza dair danışıqları müsbət qiymətləndirir

Energetika Materials 29 Oktyabr 2008 20:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr/ Trend , müxbir A.Bədəlova/ Avstriyanın OMV şirkəti Türkmənistanla "Nabukko" qaz kəməri üçün mümkün qaz tədarükləri haqqında aparılan danışıqları müsbət qiymətləndirib.

"Bir müddət əvvəl Türkmənistanla aparılan danışıqlar, sözsüz ki, uğurla keçib və müsbətdir", - OMV şirkətində beynəlxalq layihələr və "Nabukko"nun nümayəndəsi Kristian Dolezal (Christian Dolezal) çərşənbə günü elektron poçtla Trend -a bildirib.

Ötən həftə Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədovun OMV Konserninin Baş direktoru Volfqanq Ruttensdorferlə görüşü baş tutub. Görüşdə müzakirə edilən məsələlərdən biri "Nabukko" layihəsinin irəliləyişi olub. OMV Baş direktorunun sözlərinə görə, Avstriya şirkəti Türkmənistanla qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlıdır.

Türkmənistanla uğurlu danışıqlar "Nabukko" qaz kəmərinin tikintisi layihəsinin realizəsi yolunda müsbət addımdır, - Dolezal vurğulayıb.

O, Azərbaycan, Türkmənistan və ya İraqda "Nabukko" qaz kəmərinin doldurulması üçün kifayət həcmdə qazın olmasına əminliyini ifadə edib.

Dəyəri 12,4 mlrd. dollar olan "Nabukko" qaz kəməri ilə 2013-cü ildən Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin tikintisi üzrə Konsorsiumda aşağıdakı şirkətlər iştirak edir: OMV Gas GmbH (Avstriya), Botas (Türkiyə), Bulgargaz (Bolqarıstan), S.N.T.G.N. Transgaz S.A. (Rumıniya),  MOL Natural Gas Transmission Company Ltd. (Macarıstan), RWE (Almaniya). Onların hər birinin 16,67 faiz iştirak payı var. İri enerji şirkəti Gaz de France-də qaz kəməri ilə nəql edilən qazın bir hissəsinin alınmasına maraq göstərir.

BP - nin dünya energetikası üzrə statistik icmalına əsasən, 2008 - ci il yanvarın 1- nə Türkmənistanın təsdiq edilmiş qaz ehtiyatları 2,67 trln. kubmetr təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti