...

Türkiyənin Xəzər enerji ehtiyatlarının nəqlinə yatırdığı sərmayələrin həcmi təqribən üç milyard dollar təşkil edib – prezident Abdulla Gül

Energetika Materials 14 Noyabr 2008 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr/ Trend , müxbir S.Əliyev/ "Türkiyə Xəzər regionundan enerji ehtiyatlarının nəqli layihələrinin reallaşdırılmasına təqribən üç mlrd. dollar yatırıb", - deyə cümə günü Bakıda keçirilən IV Enerji Sammitində Türkiyə prezidenti Abdulla Gül bildirib.

"Türkiyə "Nabukko", TGI və başqa buk imi layihələrin işlənməsi və reallaşdırılması çərçivəsində əməkdaşlığı davam etdirir", - deyə Gül deyib.

Türkiyə prezidenti bu marşrut ilə Xəzər, xüsusilə də türkmən qazının nəql olunacağına ümid etdiyini bildirib.

"Türkiyə İraq, həmçinin Əlcəzair və Misir də daxil olmaqla, Şimali Afrika ölkələri ilə enerji ehtiyatlarının tədarükü məsələsi üzrə əməkdaşlıq edir", - Gül qeyd edib.

Onun sözlərinə görə, bu ölkələr ilə Avropa bazarlarına qaz nəqli məsələsi müzakirə olunur.

"Enerji layihləri reallaşdırılan zaman ekologiya və sosial məsələlərə diqqət ayırmaq lazımdır. Ankara Türkiyə boğazlarından istifadəni azaldan layihələrə ciddi maraq göstərir", -deyə Gül bildirib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti