...

Azərbaycan neftinin qiyməti: 10-14 noyabr həftəsinin yekunları

Energetika Materials 17 Noyabr 2008 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr/ Trend , müxbir A.Bədəlova/ 10-14 noyabr həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $55,08/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $7,26/barr azdır.

10-14 noyabr həftəsində AZERI LT neftinin maksimal qiyməti $59,08/barr, minimal qiyməti isə $52,4/barr təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

10-14 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $50,08/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $7,94/barr azdır.

10-14 noyabr həftəsində URALS neftinin maksimal qiyməti $53,88/barr, minimal qiymət isə $47,79/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

10-14 noyabr həftəsində Brent Dated neftinin orta qiyməti $52,8/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $6,81/barr azdır.

Ötən həftə Brent neftinin maksimal qiyməti $56,59/barr, minimal qiymət isə $50,84/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti