...

Ukrayna Rusiya qazının Türkiyəyə ixracının dayanmasına görə məsuliyyət daşımır – səfir

Energetika Materials 6 Yanvar 2009 18:51 (UTC +04:00)

Moskva və Kiyev arasında qaz böhranına görə Rusiya qazının Türkiyəyə ixracının dayandırılmasından sonra Ukraynanın Ankaradakı səfiri ölkənin Energetika və Təbii Ehtiyatlar Nazirliyinə çağrılıb. Bu barədə Türkiyənin Cihan İnformasiya Agentliyi xəbər verib.

Ukraynanın səfiri Sergey Korsunskinin sözlərinə görə, onun ölkəsi Türkiyəyə təbii qazın ixracının dayandırılmasına görə məsuliyyət daşımır. "Rusiya və Ukrayna arasında danışıqlar davam edir və bir neçə gün ərzində Ukrayna ərazisi vasitəsilə qazın tranziti bərpa olunacaq", - diplomat əlavə edib.

Xəbər lenti

Xəbər lenti