...

Rusiya ilə Ukraynanın hələ də bizə etibarlı tərəfdaş olmalarını sübut edə bilərlər - Avropa Komissiyasının sədri

Energetika Materials 15 Yanvar 2009 03:52 (UTC +04:00)
Rusiya ilə Ukraynanın hələ də bizə etibarlı tərəfdaş olmalarını sübut edə bilərlər - Avropa Komissiyasının sədri

Fransa, Strasburq, 15 yanvar / Trend müxb. A.Məhərrəmli/ Rusiya ilə Ukraynanın hələ də bizə etibarlı tərəfdaş olmalarını sübut etməyə imkanları var. Bu sözləri Avropa Komissiyasının sədri Xose Manuel Barozo çərşənbə günü Strasburqda Avropa Parlamentinin sessiyası çərçivəsində keçirilən mətbuat konfransında deyib. O, qeyd edib ki, qarşıdakı altı ay çox çətin və mövcud böhranlarla yadda qalan olacaq. Hazırkı vəziyyət bütün Aİ ölkələri üçün problem yaradır. Aİ dünyanı çalxalayan maliyyə böhranında vətəndaşlarına kömək etmək qətiyyətini, qaz böhranı kimi fövqəladə vəziyyətlərdə həmrəyliyini və Qəzzada baş verənlərin, eləcə də digər beynəlxalq münaqişələrin həllində təsir imkanına malik olduğunu sübut etməlidir.

Barozo deyib: "Qazın nəqlinin bərpasına dair  keçən həftə yüksək səviyyədə imzalanan  razılaşmadan sonra onun  nəql edilməməsi qəbuledilməz və inanılmazdır. Rusiya və Ukrayna göstərirlər ki, onlar qazın nəqli ilə bağlı üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək iqtidarında deyillər. Böhranın tez bir zamanda həllini tapmadığı təqdirdə, biz üzv dövlətlərə və Avropa şirkətlərinə məhkəməyə müraciət etməyi tövsiyə edəcəyik. Biz məsələnin siyasi və ya texniki xarakterli olduğunu görəcəyik". Komissiya sədri qaz nəqlinin monitorinqini aparan Aİ ekspertlər qrupunun məqsədinin heç də kimin günahkar olduğuna dair sübutlar toplamaq yox, mavi qazın axınına nəzarət etmək olduğunu söyləyib.

O, Avropa Komissyasının Çexiya ilə birlikdə enerji məsələləri üzərində işləyəcəklərini bildirib.

Avropa Komissiyasının sədri əlavə edib ki, "biz 2008-ci ilin sentyabr ayında üzv dövlətlərə enerji siyasəti  sahəsində təkliflər gondərməyimizə baxmayaraq, indiyədək cavab almamışıq". O, bu sahədə Aİ dövlətləri arasında konsesusun əldə olunmasına və uyğun siyasətə nail olacaqlarına ümid etdiyini bildirib. O, Aİ dövlətlərini alternativ enerji təchizatı marşurutlarının tapılmasında birgə fəaliyyət göstərməyə çağırıb.

Avropa Komissiyası enerji təhlükəsizliyini təmin etmək üçün keçən ilin noyabr ayında qəbul edilən "Enerji Strategiyası" çərçivəsində bir sıra təkliflər, o cümlədən enerji və iqlim paketinin həyata keçirilməsi və Aİ-nın büdcəsindən xərclənməli 5 milyard avronun enerji infrastrukturarının bir-biri ilə bağlantısına  sərf edilməsi kimi təkliflər irəli sürüb.

Barozo Rusiya ilə Ukraynanın etibarlı tərəfdaş olmaları ilə bağlı deyib ki, "onların hələ də bizə etibarlı tərəfdaş olmalarını sübut etməyə imkanları var. Biz hər iki ölkə ilə konstruktv münasibətlırin olmasını istəyirik".

AK-nın sədri bəyan edib ki, Rusiya ilə Aİ əməkdaşlıq sahəsində yeni bir razılaşmaya dair müzakirələri başlamağı qəbul ediblər.

O, habelə iqtisadi və maliyyə böhranı, daxili enerji bazarı və s. təkliflərin Çexiyanın dəstəyi sayəsində qəbul ediləcəyinə ümidvar olduğunu bildirb.

Xəbər lenti

Xəbər lenti