...

Azneftkimyamaş 2009 - cu il üçün istehsal proqnozu verib

Energetika Materials 27 Yanvar 2009 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar/ Trend , müxbir S.Babayeva/ Azərbaycanda ən böyük neft - mədən maşınqayırması müəssisəsi Azneftkimyamaş ASC 2009 - cu ildə 39 mln. manat səviyyəsində məhsul istehsalını proqnozlaşdırır, - təşkilatdan çərşənbə axşamı bildiriblər.

"2008 - ci ildə istehsal proqnozu 33,5 mln. manat səviyyəsində müəyyən edilmişdi və o yeddi faiz artıqlamasilə yerinə yetirilib", - müəssisədən qeyd ediblər.

Ötən il Azneftkimyamaş ASC istehsalı 2007 - ci illə müqayisədə 25 faiz artırıb və 36,5 mln. manatlıq neft - mədən, geoloji - kəşfiyyat avadanlığı, alətlər və onların ehtiyat hissələrini istehsal edib.

Aznefkimyamaş ASC respublika prezidentinin 2001 - ci il mart tarixli sərəncamı ilə Azneftkimyamaş DŞ - nin bazasında yaradılıb. ASC - yə 14 maşınqayırma zavodu, dörd elmi - tədqiqat və layihə - konstruktor institutu daxildir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti