...

SOCAR şirkəti maye qaz istehsalını artırıb

Energetika Materials 10 Mart 2009 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend /

Yanvar-fevralda SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) "H.Əliyev adına" Bakı Neft Emalı Zavodu tərəfindən 2008-ci ilin yanvar-fevralı ərzində qeydə alınan 23,65 min tona nisbətdə 23,65 min ton maye qaz istehsal olunub.

2008-ci ildə SOCAR şirkəti tərəfindən təqribən 181,13 min ton maye qaz istehsal olunub ki, bu göstərici 2007-ci ildə 145,03 min tona təşkil edib. İstehsal olunan maye qazın bütün həcmini butan-butilen fraksiyası təşkil edib.

2006-cı ildə butan-butilen fraksiyası istehsalı 148,22 min tona bərabər olub. 2005-ci ildə bu göstərici 129,62 min ton təşkil edib.

2008-ci ildə, 2007 və 2006-cı illərdə olduğu kimi bu müəssisədə propan-propilen fraksiyası istehsal olunmayıb. 2005-ci ildə propan-propilen istehsalı 3,02 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti