...

ABŞ enerji axınlarının diversifikasiyası məsələsində Azərbaycanı dəstəkləməkdə davam etməlidir

Energetika Materials 6 Aprel 2009 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 aprel / Trend , müxbir N.Abdullayeva /

"ABŞ enerji axınlarının diversifikasiyası məsələsində Azərbaycanı dəstəkləməkdə davam etməlidir", - Amerikanın Nyu-Meksiko ştatının qubernatoru Bill Riçardson hesab edir.

"Riçardson Los-Ancelesdə Azərbaycanın Baş konsulu Ellin Süleymanovla görüşdə Bakının ölçülmüş, məqsədyönlü yanaşmasını çox yüksək qiymətləndirib, ABŞ və başqa ölkələrin enerji axınlarının diversifikasiyası məsələsində Azərbaycana dəstəyinin davam etdirilməsinin vacibliyini qeyd edib", - Trend -a bazar ertəsi Azərbaycanın Baş Konsulluğundan deyilib.

Sabiq prezident Klintonun administrasiyasında ölkənin enerji naziri postunu tutan Riçardson Bakı-Tbilisi-Ceyhan əsas neft kəmərinin planlaşdırılması üzrə danışıqların fəal iştirakçısı olub. Riçardson əsli Latın Amerikasından gələn tanınmış siyasətçidir. O, 2008-ci il prezident seçkilərində ABŞ-ın Demokratlar Partiyasından namizəd kimi irəli sürülmüşdü. Barak Obamanın seçilməsindən sonra ona yeni administrasiyada ticarət naziri postu təklif olunub.

"Səfərin gedişində Azərbaycanın Los-Ancelesdəki Baş konsulu ştatın Nümayəndələr Palatasının spikeri Ben Luxan, həmçinin paytaxt şəhər Santa-Fenin icra hakimiyyəti orqanlarının nümayəndələri ilə görüşüb", - Baş Konsulluqdan xəbər verilib.

Rəsmi görüşlərdən başqa, azərbaycanlı diplomat həmçinin Albukerk şəhərinin Nyu-Meksiko Universitetinin tələbələri və müəllim heyəti qarşısında Azərbaycanın regiondakı rolu mövzusunda mühazirə oxuyub və Azərbaycanın regional siyasətinə həsr olunmuş, Santa-Fe şəhərinin beynəlxalq əlaqələr üzrə Şurası tərəfindən (Council on International Relations) təşkil olunmuş tədbirdə çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti