...

"Nabukko" qaz kəmərinin maliyyələşdirilmə ilə bağlı problemi yoxdur – layihə operatoru nümayəndəsi ilə müsahibə

Energetika Materials 10 Aprel 2009 10:47 (UTC +04:00)
"Nabukko" qaz kəmərinin maliyyələşdirilmə ilə bağlı problemi yoxdur – layihə operatoru nümayəndəsi ilə müsahibə

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir A.Bədəlova /  

Avstriyanın OMV şirkətinin "Nabukko" və beynəlxalq layihələr üzrə nümayəndəsi Kristian Dolezal ilə Trend -ın müsahibəsi

- Avropa İttifaqının həmişə dəstəklədiyi "Nabukko" qaz kəməri layihəsinin maliyyələşdirilmə məbləğinin azaldılması ilə bağlı qərarı nə ilə bağlıdır? Əvvəllər bu layihənin maliyyələşdirilməsinə 250 milyon avronun ayrılması planlaşdırılırdı. 

- "Nabukko" layihəsi Avropa İttifaqının prioritet layihələri sırasına qaytarılıb. Biz bu qərarı dəstəkləyirik, çünki bu qərar yekun sərmayə qərarının qəbul olunması mərhələsində vacibdir. Heç şübhəsiz, layihə Avropanın enerji tədarüklərinin təhlükəsizliyinə əhəmiyyətli töhfəsini verəcək.

- Almaniya "Nabukko" layihəsinə qarşı çıxdı, eyni zamanda Almaniyanın RWE şirkəti onun iştirakçılarından biridir. Burada ziddiyyət varmı?

- Ümumilikdə, Almaniya "Nabukko" layihəsinə qarşı çıxış etmir. Danışıqlar Avropa İttifaqı tərəfindən prioritet layihələrin maliyyələşdirilməsinə yönəldilmişdi. Almaniya siyasətçiləri ölkənin maraqlarına cavab verən digər layihələr kimi, "Nabukko" layihəsini də dəstəkləyəcəklər. Biz heç bir ziddiyyət görmürük.

- Layihənin maliyyələşdirilmə, boru kəmərinin qaz ilə doldurulması kimi böyük problemlərlə üzləşdiyi aydındır. Şirkətin onların həllinə dair hansı planları var?   

- Maliyyələşdirmə layihə üçün problem deyil, çünki AYİB, Avropa İnvestisiya Bankı, Dünya Bankı kimi iri maliyyə institutları, həmçinin ixrac kredit agentlikləri sərmayə yatırmaqda maraqlıdır. Sərmayələrin 70 faizi kreditorlar, 30 faizi isə bərabər vəsaitlər hesabına təmin ediləcək. Nabucco Gas Pipeline məntiqi layihədir və qaz alqısı məsələləri ilə məşğul olmayacaq. Mənbələrin müəyyən edilməsi üzrə işlər qaz treyderləri tərəfindən aparılır. Danışıqlar davam etdirilir.

- Şirkət qaz kəmərinin tikintisinə 2010-cu ildə başlamağı planlaşdırmışdı. Başqa hansısa gecikmələr ola bilər?  

- "Nabukko" kompleks layihədir və hökumətlərarası sazişlə bağlı danışıqlar uğurla davam etdirilir. Əgər biz yayadək razılaşma əldə edə bilsək, onda "açıq mövsüm" bu il başlanacaq, o zaman tikintiyə 2011-ci ildə başlanıla bilər, Avropaya ilk qaz tədarüklərinə isə 2014-cü ildə başlanılacaq. Cədvəl layihənin potensial tədarükçülərinə yönəldilib və boru kəməri ilə qaz tədarükü 50 ildən çox müddət ərzində nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti