...

SOCAR neft-mədən sularının emalı üzrə qurğuların gücünü artıracaq

Energetika Materials 17 Aprel 2009 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend /

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərbaycanda regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı" çərçivəsində neft-mədən sularının borulara axıdıldığı açıq kanalların əvəzlənməsini, bu suların emalı üzrə qurğuların gücünün artırılmasını təşkil edəcək", - dövlət proqramında deyilir. İşləri 2009-2010-cu illərdə həyata keçirmək planlaşdırılır.

2009-2010-cu illər dövründə SOCAR köhnə neft mədən ərazilərinin rekultivasiyası işlərini aparacaq.

Ümumilikdə, 2009-2013-cü illərdə SOCAR neftlə çirklənmiş torpaqların rekultivasiyası və onların landşaft arxitekturasına uyğunlaşdırılması işlərini aparacaq.

"Azərbaycanda regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı" ölkə Prezidenti İlham Əliyev tərəfindən aprelin 14-də təsdiqlənib.

Bir müddət əvvəl SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Muxtar Babayevin dediyi kimi, hazırda şirkət qrunt sularının axıdılması nəticəsində çirklənmənin həcminin azaldılması çərçivəsində təcridetmə və yüksək dərəcəli sulanma quyularının müvəqqəti konservasiyası işlərini aparır.

SOCAR-ın həyata keçirdiyi ekoloji proqramlar yalnız neftlə çirklənmiş torpaqların təmizlənməsi və rekultivasiyasını nəzərdə tutmur. Bu proqramlar özündə məsələlərin geniş spektrini, o cümlədən neft-qaz yataqlarının işlənməsi prosesində ortaya çıxan lay sularından istifadəni ehtiva edir.

Şirkətin kompleks tədbirlər planına uyğun olaraq SOCAR, həmçinin Azərbaycanın neft-qaz yataqlarında ekoloji tələblərə uyğun gəlməyən avadanlıqların əvəzlənməsini və yenidənqurmasını həyata keçirir. Həmçinin bu plan çərçivəsində havaya, torpağa, suya tullantıların atılmasının azaldılması işləri aparılır. "2008-ci ildə başlanılmış ekoloji tədbirlər bu ildə də davam etdirilir", - Babayev deyib.

Azərbaycanda 57 neft-qaz yatağı var, onlardan 18-i dənizdə, qalanı qurudadır.

Xəbər lenti

Xəbər lenti