...

Azərbaycan neftinin qiyməti: 11-15 may həftəsinin yekunları

Energetika Materials 18 May 2009 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend ,  müxbir A.Bədəlova /

11-15 may həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $58/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,8/barr çoxdur.

11-15 may həftəsində AZERI LT neftinin maksimal qiyməti $59,01/barr, minimal qiyməti isə $57,24/barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

11-15 may həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $54,9/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,54/barr çoxdur.

11-15 may həftəsində URALS neftinin maksimal qiyməti $55,86/barr, minimal qiymət isə $54,22/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

11-15 may həftəsində Brent Dated neftinin orta qiyməti $56,52/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,26/barr çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $57,49/barr, minimal qiymət isə $5,82/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti