...

SOCAR 19 kəşfiyyat-axtarış quyusu qazmağı planlaşdırır

Energetika Materials 2 İyun 2009 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend /

"SOCAR yaxın illərdə "Ümid", "Abşeron", "Naxçıvan", "Zəfər" və "Dan ulduzu" strukturlarında kəşfiyyat-axtarış quyusu qazmağı planlaşdırır", - rəsmi mətbuata SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, analoji çalışmalara "Babək" və "Məşəl" yataqlarında başlanılacaq və "Qarabağ" və "Əşrəfi" yataqlarında başa çatdırılacaq.

Ümumilikdə 2015-ci ilə qədər bu meydançalarda 19 quyu qazmaq və 110 min metr həcmində axtarış qaz işlərini aparmaq planlaşdırılır.

Hazırda SOCAR quruda və suda 58 yataqda çalışmalarını davam etdirir.

Bu ayın sonunda şirkət son 20 ildə ilk dəfə "Ümid" perspektiv strukturunda kəşfiyyat qazma işlərinə başlamaq niyyətindədir. 

Bu strukturdakı birinci quyunun dərinliyi 6,5 min metr olacaq. Onun dörd min metrinin bu il qazılması gözlənilir.

Tikintisi başa çatdırılmamış "Çıraq-6" platformasının bazasında yerləşən "Ümid-1" platforması SOCAR-ın qaz proqramı çərçivəsində ən böyük obyektdir. Onun hündürlüyü 72 metr olacaq. Platforma "Bulla-dəniz" yatağının 15 kilometr yaxınlığında, 58 metr dərinlikdə yerləşəcək. Platformadan altı quyunun qazılması planlaşdırılır.

"Ümid"in gözlənilən qaz ehtiyatları 300 milyard kubmetr, qaz-kondensatı isə 30-40 milyon tondur.

Xəbər lenti

Xəbər lenti