...

SOCAR dəniz yataqlarının birində hasilatı artırmağı planlaşdırır

Energetika Materials 9 İyun 2009 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend /

Azərbaycanın "Banka Darvin" dəniz yatağında qalıq neft ehtiyatları artıq emal edilmiş 16,4 milyon tona nisbətdə üç milyon ton təşkil edir. Bu barədə SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumatında deyilir. Bu yataq 1950-ci ildən istismara verilib.  

Yataqda olan 114 quyudan sutkalıq 205 ton neft hasil edilir.

Yataqdakı qalıq neft ehtiyatlarının hasil edilməsi məqsədi ilə bu il ərizində burada səkkiz istismar quyusunun qazılması planlaşdırılır. Bu məqsədlə 12 quyunun qazılmasını nəzərdə tutan yeni platfoma tikiləcək. Yaxın zamanlarda platformada qazıma qurğusu quraşdırılacaq və qazma işlərinə başlanılacaq. Əlavə altı quyunun qazılması məqsədi ilə 190 nömrəli platformada genişləndirmə işləri aparılır. Eyni zamanda bu il ərzində suyun 19 metr dərinliyində quraşdırılacaq 620 nömrəli yeni platformanın tikintisi də planlaşdırılır.

"Banka Darvin" yatağı "Abşeron" neft-qaz hasilatı idarəsinin balansında yerləşir".

Xəbər lenti

Xəbər lenti