...

"Nabukko" müqaviləsini Türkiyə, Avstriya, Bolqarıstan, Macarıstan və Rumıniya imzalayacaq - Avropa Komissiyası

Energetika Materials 4 İyul 2009 13:49 (UTC +04:00)
"Nabukko" müqaviləsini Türkiyə, Avstriya, Bolqarıstan, Macarıstan və Rumıniya imzalayacaq - Avropa Komissiyası

Qazın Rusiyadan yan keçərək Xəzər hövzəsindən Avropaya tədarükünü nəzərdə tutan "Nabukko" layihəsi üzrə hökumətlərarası müqavilə iyulun 13-də Ankarada Türkiyə, Avstriya, Bolqarıstan, Macarıstan və Rumıniya imzalayacaq. Bu barədə RİA Novosti-yə Avropa Komissiyasının nümayəndəsi bildirib.

"Almaniyanın siyasi dəstəyi ilə hökumətlərarası müqaviləni Türkiyə, Avstriya, Bolqarıstan, Macarıstan və Rumıniya imzalayacaq", - deyə agentliyin həmsöhbəti bildirib.

Dəyəri 7,9 mlrd avro olan "Nabukko" qaz kəməri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya ərazisindən keçməklə təbii qazın Avropaya daşınmasını nəzərdə tutur. O, artıq inşa edilən Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin davamı olacaq və qaz kəmərinin illik ötürmə gücü 20-30 milyard kubmetr hesablanıb. Qaz kəmərinin üçdə ikisi Türkiyə ərazisindən keçəcək.

Əsas məsələlərindən biri magistralın qaz ilə doldurulması təminatı olan Nabukko üzrə danışıqlar artıq bir ildən çoxdur ki, davam edir. Onlar Rusiya-Ukrayna qaz münaqişəsindən sonra 2009-cu ilin əvvəlində aktivləşib. Qaz kəmərinin tikintisi 2011-ci ilə, bu qaz kəməri ilə qaz tədarükü isə 2014-cü ilə planlaşdırılıb.  
"Nabukko" üçün potensial enerji daşıyıcıları mənbələri Azərbaycan, Türkmənistan, Özbəkistan, İran və İraqdır. ABŞ İranın "Nabukko" layihəsində iştirakına qarşıdır, eyni zamanda qazın İraqdan Avropaya tədürükü ideyasını dəstəkləyir. Rusiyada yaxın zamanlarda "Nabukko" layihəsinin həyata keçirilməsinə şübhə ilə yanaşırlar. "Nabukko"nun Aİ xətti üzrə maliyyələşdirilməsinə əvvəlcə 250 milyon avronun ayrılması planlaşdırılmışdı, sonradan isə 50 milyona kimi azaldıldı.

Xəbər lenti

Xəbər lenti