Gürcüstan, Tbilisi, 01 sentyabr / Trend , müxbir N.Kirsxaliya /
"Stavropol-Tbilisi" qaz kəmərində baş verən qəza Gürcüstanın qaz təchizatına təsir göstərməyəcək, çünki Gürcüstan Rusiyadan qaz almır. Jurnalistlərə müsahibəsində energetika naziri Aleksandr Xetaqurinin bəyan etdiyi kimi, Gürcüstanın Azərbaycan ilə qaz tədarükü haqqında müqaviləsi rəsmiləşdirilib. Gürcüstan məhz Azərbaycandan təbii qaz alır.
Bu gün təqribən saat 03:00-da İnquşetiyanın Yuxarı Açaluk kəndi yaxınlığında qəza baş verib. Yerli mənbələrin məlumatına əsasən, qaz kəmərində diversiya törədilib. Qəza nəticəsində həlak olan yoxdur, eyni zamanda ekoloji çirklənmə təhlükəsi də mövcud deyil.
Xetaqurinin sözlərinə görə, sözügedən qəza Gürcüstana təsir etmir. "Qaz kəməri Ermənistanı qaz ilə təchiz edir", - o qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]