Qazaxıstan, Astana, 24 sentyabr / Trend , müxbir K.Konırova, E.İsmayılov /
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sentyabrın 30-da Bakıya səfəri çərçivəsində Qazaxıstanın Xəzər Neft Nəqli Sisteminin yaradılması çərçivəsində Qazaxıstanın "KazMunayQaz" şirkəti və ARDNŞ arasında imzalanacaq müqavilə barədə elan olunacaq. Bu barədə cümə axşamı milli şirkətin başçısı Kairqeldi Kabıldin bildirib.
Kabıldin həmçinin bildirib ki, "KazMunayQaz" və Kaşaqan yatağının işlənməsi konsorsiumunun iştirakçıları arasında Eskene-Kurık neft kəməri layihəsində iştirak paylarının bölüşdürülməsi üzrə danışıqlar hələ davam edir. "Hazırda layihənin sponsor heyəti və strukturu üzrə danışıqlar gedir", - o əlavə edib.
Milli şirkətin direktoru Nurtas Şmanov çərşənbə günü ARDNŞ və "KazMunayQaz" şirkətlərinin daxil olacağı konsorsiumun yaradılması barədə bəyan edib. Konsorsium Qazaxıstandan Bakıya neft nəqli sistemlərinin yaradılmasının həyata keçirilməsi ilə məşğul olacaq.
Şmanovun qeyd etdiyi kimi, Transxəzər layihəsi Qazaxıstanın Xəzər Nəql Sisteminin bir hissəsidir. Transxəzər layihəsinin TİƏ-sı növbəti ilin birinci rübündə hazır olmalıdır, hazırlanma ilə alman şirkəti məşğul olur. Transxəzər layihəsinin dəyəri Şmanovun sözlərinə əsasən, 2,5 milyard dollar təşkil edir.
"Hazırda Azərbaycan tərəfi ilə tankerlər üzrə konsepsiya müzakirə olunur. Biz hər iki tərəf üçün səmərəli olan variantı seçməliyik. Hazırda Xəzərdə fəaliyyət göstərən tanker donanması və hətta Qazaxıstanın yeni tankerləri su tutumunun azlığı səbəbindən yararlı deyil. Onlar yalnız layihənin ilkin mərhələsində istifadə oluna bilər", - Şmanov bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]