...

İranın neft naziri benzin ixracatçılarına xəbərdarlıq edib

Energetika Materials 7 Oktyabr 2009 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend /

İranın neft naziri Məsud Mirkazımi bu gün jurnalistlərlə görüşü zamanı deyib ki, əgər neft ixracatçıları (ölkələr və şirkətlər) nə vaxtsa İrana benzin tədarükündən imtina etsələr, Milli Neft Şirkəti bu satıcıları öz ixracatçıları siyahısından siləcək və gələcəkdə də onların İran bazarına daxil olmasına imkan verməyəcək. Bu barədə MEHR informasiya agentliyi məlumat verib.

Mirkazımi həmçinin əlavə edib ki, İranın ölkənin benzinlə təmin edilməsi baxımından narahatçılığı yoxdur. Əgər hər hansı bir ölkə müvafiq olaraq İrana qaz təklif etsə, ölkə bu təklifi qəbul edəcək.

Hazırda İran özü benzinə olan daxili tələbatı 100 faiz ödəyə bilir.

Xəbər lenti

Xəbər lenti