Azərbaycan, Bakı, 21 oktyabr / Trend /
"ARDNŞ-nin Xəzər Dəniz Neft Donanmasının (XDND) yükdaşımalarının həcmi 474 min tona yaxın olub. Bu rəqəm proqnozlaşdırılan göstəricidən 55 min ton artıqdır", - ARDNŞ-nin məlumatında deyilir.
Daşınan yüklərin əsas hissəsi metalkonstruksiyaları, tikinti materialları, dizel yanacağı, işməli suyun və s. payına düşür.
Hazırda XDND-nin yükdaşıma həcmi 84 min tona yaxındır. Neft Donanmasının balansında 195-i istismarda, 9-u isə arendada olan 256 müxtəlif tipli gəmi və 7 üzən vasitə var.
Yanvar-sentyabr aylarında XDND-nin Gəmi Təmiri Zavodu 70 gəmi təmir edib. Bu təmir işlərinə 19 milyon manat xərclənib. Hazırda 37 gəmi təmirdədir, 16 gəmi isə təmir gözləyir.