Azərbaycan, Bakı, 18 yanvar / Trend /
Sumqayıt elektrik stansiyası 2009-cu ildə bir milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib. Bu barədə "Azərenerji" SC-nin bazar ertəsi yayılmış məlumatında deyilir.
Ötən ilin dekabr ayında elektrik stansiyasında təxminən 309 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.
Sumqayıt elektrik stansiyasının gücü 525 meqavat təşkil edir. Stansiya hər birinin gücü 164 meqavat olan iki qaz və 189 meqavat gücə malik buxar trubinindən ibarətdir.