...

Azərbaycan Avropaya qaz ixracı üçün saziş hazırlayır

Energetika Materials 2 Mart 2010 13:11 (UTC +04:00)
Azərbaycan və Yunanıstan Azərbaycan qazının Türkiyə ərazisi ilə Yunanıstana ixracı üçün sazişin hazırlanmasını həyata keçirir. Bu barədə şənbə günü ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev məlumat verib.
Azərbaycan Avropaya qaz ixracı üçün saziş hazırlayır

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir E.İsmayılov/

AzərbaycanYunanıstan Azərbaycan qazının Türkiyə ərazisi ilə Yunanıstana ixracı üçün sazişin hazırlanmasını həyata keçirir. Bu barədə şənbə günü ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev məlumat verib.

"Biz Yunanıstanın DEPA şirkəti ilə danışıqlar aparmışıq. Bu məsələdə böyük irəliləyiş var", -Abdullayev bildirib.

Həmçinin onun sözlərinə görə, İtaliyanın Edison şirkəti ilə qaz ixracının imkanları, həcmi və birgə əməkdaşlıq haqqında danışıqlar aparılıb.

"Azərbaycana diversifikasiya edilmiş ixrac marşrutları lazımdır", - Abdullayev deyib. Ölkə artıq diversifikasiyalaşdırılmış qaz nəqli siyasətindən mənfəət eldə edir. Əsasən respublika hazırda İran, Rusiya, Gürcüstan və Türkiyəyə qaz ixrac edir.

Onun sözlərinə görə, bu istiqamətlərdə müvafiq infrastrukturun genişləndirilməsi qaz nəqlinin artırılmasına imkan verəcək.

"Hazırda hər şey bizdən asılıdır. Biz İran, Rusiya və Gürcüstana qaz nəqlini artırmaq üçün öz infrastrukturumuzu genişləndirməliyik", - Abdullayev bildirib.

Hazırda şirkət Türkiyə ərazisi ilə qaz nəqlinə dair digər marşrutları nəzərdən keçirir. Bunlar əsasən Transadriatik qaz kəməri, ITGI, Nabukkodur.

"İndiki halda biz kommersiya prinsiplərinə əsaslanırıq. Biz öz qazımızı bazarda yüksək qiymətə satmalıyıq və bu, istənilən istehsalçının arzusudur", - Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanla Türkiyə arasında qaz məsələsinə dair danışıqlar davam edir. Paketdə Azərbaycan qazının Türkiyə ərazisilə tranziti üzrə sazişin bağlanması məsələsi nəzərdən keçirilir, həmçinin "Şahdəniz" yatağının işlənməsinin birinci və ikinci mərhələsi çərçivəsində Türkiyə üçün qazın dəyəri və həcmi məsələsinə baxılır.

Abdullayev deyib ki, "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində Türkiyə üçün qazın qiyməti üzrə müəyyən razılaşma var. Lakin ARDNŞ nümayəndələrinin bundan əvvəl verdikləri məlumata görə, bütün məsələlərə vahid paketdə baxılır. Odur ki, məsələlərdən birinin razılaşdırılması bütün paket üzrə tam razılaşmanın əldə olunması demək deyil.

"Şahdəniz"in birinci mərhələsi çərçivəsində qazın qiymətinə dair müəyyən razılaşma artıq var. Onlar şifahidir. Yekun nəticə haqqında ikinci mərhələ çərçivəsində həcm və qiymət, həmçinin bizim üçün vacib olan məsələ - Türkiyə ərazisilə qazın tranziti şərtləri və dəyəri ilə bağlı məsələlər razılaşdırıldıqdan sonra danışa bilərik.

Bu gün Azərbaycan qazı Türkiyəyə 1000 kubmetrə görə 120 dollara ixrac olunur. Bununla yanaşı, Türkiyənin daxili bazarında istehlakçılar üçün qazın qiyməti 1000 kubmetrə görə 300 dollardan çox təşkil edir (məlumatlar Türkiyənin Botad şirkətini rəsmi saytından götürülüb).

Türkiyə ilə imzalanmış müqavilədə deyilir ki, "Şahdəniz" yatağından ixrac edilən qazın qiymətinə nəqlə başlandıqdan bir il sonra yenidən baxıla bilər, yəni, yeni qiymət 2008-ci aprelin 15-dən tətbiq ediləcək.

Müqaviləyə görə, Türkiyə "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsində hər il 6,6 milyard kubmetr qaz almalıdır (ehtiyatların ümumi həcmi 1,2 trilyon kubmetr dəyərləndirilir).

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. sazişin iştirakçıları: BP (operator) - 25,5 faiz, Statoil - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ- 10 faiz.

Xəbər lenti

Xəbər lenti