...

Azərbaycanda "Naxçıvan" perspektiv strukturunun işlənməsi "Nabucco" layihəsinə öz töhfəsini verəcək - RWE

Energetika Materials 10 Mart 2010 11:20 (UTC +04:00)
"Naxçıvan" perspektiv strukturunun Almaniyanın RWE şirkəti tərərindən işlənməsi "Nabucco" layihəsinin reallaşmasına öz töhfəsini verə bilər. Bunu RWE İdarə Heyətinin sədri Yurgen Qrossman çərşənbə günü Bakıda deyib.
Azərbaycanda "Naxçıvan" perspektiv strukturunun işlənməsi "Nabucco" layihəsinə öz töhfəsini verəcək -  RWE

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir E.İsmayılov/

"Naxçıvan" perspektiv strukturunun Almaniyanın RWE şirkəti tərərindən işlənməsi "Nabucco" layihəsinin reallaşmasına öz töhfəsini verə bilər. Bunu RWE İdarə Heyətinin sədri Yurgen Qrossman çərşənbə günü Bakıda deyib.

Şirkətlər Xəzərin Azərbaycan sektorunda "Naxçıvan" perspektiv dəniz strukturu üzrə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar.

"Bu, müstəqil layihədir. O, müstəqil işləniləcək, lakin ümid edirəm, bu layihə "Nabucco" layihəsinə öz töhfəsini verəcək", - Qrossman bildirib.

İmzalanma zamanı ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev deyib ki, RWE "Nabucco" layihəsinin fəal iştirakçısıdır. RWE-nin bu layihəyə gəlişi onun üçün dönüş oldu.

"İnanıram ki, biz "Nabucco" layihəsi üzrə ümumi fikrə gələcəyik və layihənin reallaşması üçün birgə iş aparacağıq", - Abdullayev deyib.

Strukturun ehtiyatları 300 milyard kubmetr qaz və 40 milyon ton qaz-kondensat həcmində proqnozlaşdırılır.

"Naxçıvan" perspektiv dəniz strukturunun işlənməsinə dair müqavilə 1997-ci il avqustun 1-də imzalanıb. Layihənin iştirakçıları - "ExxonMobil" - 50 faiz, ARDNŞ- 50 faiz. Müqavilə kommersiya baxımından cəlbedici olan həcmdə karbohidrogenin aşkar edilməməsi ilə əlaqədar bağlanıb.

Almaniyanln RWE enerji konserni qazın Xəzər regionundan və Yaxın Şərqdən Aİ ölkələrinə ixracını nəzərdə tutan "Nabucco" qaz kəməri layihəsinin altı iştirakçısından biridir. Layihənin digər iştirakçıları - Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz" və Türkiyənin "Botas" şirkətləridir. Səhmdarların hər biri 16,67 faiz həcmində bərabər paya malikdir.

"RWE Supply & Trading"in məlumatına görə, hazırda şirkət ARDNŞ ilə "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən qazın "Nabucco" boru kəməti ilə nəqlinin mümkünlüyünü müzakirə edir. RWE-nin hesablamalarına görə, 2014-2015-ci illərə kimi Azərbaycan "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinin inkişafı hesabına qaz ixracı üçün 16 milyard kubmetr qaza malik olacaq.

Xəbər lenti

Xəbər lenti