...

"Nabucco" konsorsiumu 2011-ci ildə boru kəmərinin inşasına başlamağa hazır olduğunu bildirib

Energetika Materials 25 Mart 2010 15:35 (UTC +04:00)
"Nabucco" qaz kəməri layihəsi konsorsiumu 2011-ci ilin sonlarında boru kəmərinin inşasına başlamağa hazır olduğunu bildirib. Qazın Xəzər regionundan və Yaxın Şərqdən Aİ ölkələrinə nəqlini nəzərdə tutan "Nabucco" üzrə ilk qazın ixracı 2014-cü ilin sonlarından başlayacaq. Konsorsiumun icraçı-direktoru Reynhard Mitşek bildirib.
"Nabucco"  konsorsiumu 2011-ci ildə boru kəmərinin inşasına başlamağa hazır olduğunu bildirib

Azərbaycan, Bakı, 25 mart / Trend /

"Nabucco" qaz kəməri layihəsi konsorsiumu 2011-ci ilin sonlarında boru kəmərinin inşasına başlamağa hazır olduğunu bildirib. Qazın Xəzər regionundan və Yaxın Şərqdən Aİ ölkələrinə nəqlini nəzərdə tutan "Nabucco" üzrə ilk qazın ixracı 2014-cü ilin sonlarından başlayacaq. Konsorsiumun icraçı-direktoru Reynhard Mitşek bildirib.

"Nabucco" konsorsiumunun işlərin cari qrafikini dəyişdirməklə bağlı planı yoxdur", - Mitşek deyib. Bu barədə bu gün konsorsiumun yaydığı press-relizdə onun sözlərinə istinadən bildirilib.

Layihə rəhbərinin sözlərinə görə, "Nabucco"nun maksimum ötürmə qabiliyyətinə nail olunması 2018-ci ildə gözlənilir. "Nabukko" kimi böyük boru kəməri sistemi üçün ötürmə qabiliyyətinin mərhələli şəkildə genişləndirilməsi vacibdir", - Mitşek vurğulayıb.

Onun sözlərinə görə, boru kəmərinin ilkin ötürmə qabiliyyəti ildə 8-10 milyard kubmetr təşkil edəcək. "Borunun böyük gücə malik olması üçün 2014-cü ildən 2018-ci ilədək vaxt - əlavə nasos stansiyalarının inşası üçün lazımdır", - "Nabucco" rəhbəri hesab edir.

Dəyəri 7,9 milyard avro olan "Nabucco" kəmərinin çəkilişinə başlanılması 2011-ci ildə nəzərdə tutulub. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Uzunluğu 3,300 kilometrə yaxın olan "Nabucco" qaz kəməri Gürcüstan - Türkiyə və ya İran - Türkiyə sərhədindən başlayaraq, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan ərazisi ilə Avstriyadan Baumqarten qazpaylaşdırıcı qovşağa kimi keçəcək.

Xəbər lenti

Xəbər lenti