...

ARDNŞ "Günəşli" yatağında yeni quyular qazmağa başlayıb

Energetika Materials 30 Mart 2010 18:52 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kompleks Qazma İşləri Tresti şirkət tərəfindən sərbəst işlənilən "Günəşli" dəniz neft-qaz yatağındakı iki quyuda qazma işlərinə başlayıb.
ARDNŞ "Günəşli" yatağında yeni quyular qazmağa başlayıb

Azərbaycan, Bakı, 30 mart / Trend /

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kompleks Qazma İşləri Tresti şirkət tərəfindən sərbəst işlənilən "Günəşli" dəniz neft-qaz yatağındakı iki quyuda qazma işlərinə başlayıb. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Bu işlər şəxsi yataqlarda neft-qaz hasilatının artırılması çərçivəsində aparılır. Hər iki quyu Qala Lay Dəstəsinə qazılır. Quyuların layihə dərinliyi 3800 və 3850 metrdir.

Geoloqların hesablamalarına görə, istismara verildikdən sonra hər iki quyunun gündəlik hasilatı 35 ton neft, 350 min kubmetr qaz təşkil edəcək.

"Günəşli" yatağı ARDNŞ-nin işində çox mühüm yer tutur. Belə ki, neft və qaz hasilatının böyük hissəsi bu yatağın payına düşür.

Xəbər lenti

Xəbər lenti