Azərbaycan, Bakı, 6 may /Trend, müxbir A.Bədəlova/
Ötən həftə ərzində (26 aprel - 3 may) Avropanın 27 ölkəsində euro-super 95 markalı benzinin orta qiyməti min litrə 1 372 avro (ƏDV daxil) təşkil edib ki, bu da bundanəvvəlki həftənin orta qiymətindən 1 000 litrə görə 4 avro çoxdur. Benzinin qiymətinə dair statistik məlumatlar Avropa Komissiyasının rəsmi saytında öz əksini tapıb.
Ötən həftə ərzində Avropa ölkələri arasında euro-super 95 markalı benzinin ən yüksək qiyməti Niderlandda müşahidə olunub. Ötən həftənin yekunlarına görə, bu ölkədə həmin markalı benzinin qiyməti 58 avro artaraq, 1 000 litrə 1 531 avro təşkil edib.
Bu markalı benzinin ən aşağı orta qiyməti Kiprdə müşahidə olunub. Həftə ərzində qiymətlər dəyişməz qalıb və 1 000 litrə görə 1 039 avro təşkil edib.
Euro-super 95 markalı benzinin qiymətinin yüksəkliyinə görə ikinci yerdə duran ölkə Danimarkadır. Ötən həftənin yekunlarına görə, bu ölkədə həmin markalı benzinin qiyməti 9 avro artaraq, 1 000 litrə 1 487 avro təşkil edib.
Ötən həftə ərzində euro-super 95 benzininin qiymətinə görə üçüncü yeri tutan Belçikada qiymət 1 000 litrə 1 472 avro təşkil edib.
Ötən həftə ərzində euro-super 95 markalı benzinin qiymətinə görə dördüncü yeri tutan Almaniyada qiymət 19 avro artaraq, 1 000 litrə 1 456 avro təşkil edib.
Ötən həftə ərzində euro-super 95 markalı benzinin qiymətinə görə beşinci yeri tutan Almaniyada qiymət 1 000 litrə 1 430 avro təşkil edib.
Ötən həftə ərzində euro-super 95 markalı benzinin qiyməti Yunanıstanda 1 450 avro təşkil edib. Bir həftə əvvəl həmin qiymət 1 446 avro olub.
Ötən həftə ərzində euro-super 95 markalı benzinin qiyməti Finlandiyada dəyişməyib və 1 000 litrə 1 448 avro təşkil edib.
Ötən həftə ərzində euro-super 95 markalı benzinin qiymətinə görə yeddinci yeri tutan İtaliya və Portuqaliyada qiymət 1 000 litrə 1 404 avro təşkil edib. İtaliyada bu markadan olan benzin 15 avro, Portuqaliyada 1 000 litrə 6 avro bahalaşıb.
Ötən həftə ərzində euro-super 95 markalı benzinin qiymətinə görə doqquzuncu yeri tutan İsveçdə qiymət 6 avro artaraq, 1 000 litrə 1 386 avro təşkil edib.
Avropa ölkələri arasında euro-super 95 markalı benzinin qiymətinin yüksəkliyinə görə onuncu yeri Fransa tutub. Bu ölkədə qiymət 1 000 litrə 1 376 avro təşkil edib.
Avropanın 27 ölkəsində euro-super 95 markalı benzinin qiymətinin (vergilər daxil olmaqla) müqayisə cədvəli:
|
Ölkələr |
Qiymət/avro (26 aprel-3 may) |
Qiymət/avro (19-26 aprel) |
|
Niderland |
1531 |
1589 |
|
Danimarka |
1487 |
1478 |
|
Finlandiya |
1472 |
1412 |
|
Yunanıstan |
1456 |
1437 |
|
Almaniya |
1450 |
1446 |
|
Belçika |
1448 |
1448 |
|
Böyük Britaniya |
1404 |
1389 |
|
Potruqaliya |
1404 |
1398 |
|
İşveç |
1396 |
1402 |
|
İtaliya |
1386 |
1392 |
|
Fransa |
1376 |
1373 |
|
İrlandiya |
1320 |
1320 |
|
Macarıstan |
1264 |
1263 |
|
Çexiya |
1259 |
1281 |
|
Slovakiya |
1258 |
1260 |
|
Avstriya |
1235 |
1218 |
|
Sloveniya |
1220 |
1200 |
|
Malta |
1211 |
1211 |
|
Litva |
1203 |
1193 |
|
Lüksemburq |
1202 |
1182 |
|
Polşa |
1189 |
1175 |
|
İspaniya |
1183 |
1178 |
|
Estoniya |
1144 |
1144 |
|
Litva |
1120 |
1109 |
|
Rumıniya |
1080 |
1078 |
|
Bolqarıstan |
1053 |
1046 |
|
Kipr |
1039 |
1039 |