...

Azərbaycan qaz tədarükü mənbələrinin diversifikasiyasında aparıcı rol oynayır - Avstriya XİN rəhbəri

Energetika Materials 18 İyun 2010 18:29 (UTC +04:00)
Azərbaycan "Nabukko" qaz kəməri layihəsində, xüsusilə də Avstriyanın qaz tədarükü mənbələri və marşrutlarını diversifikasiya etmək cəhdlərində aparıcı rol aynayır.
Azərbaycan qaz tədarükü mənbələrinin diversifikasiyasında aparıcı rol oynayır - Avstriya XİN rəhbəri

Аzərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Y.Ostapenko/

Azərbaycan "Nabukko" qaz kəməri layihəsində, xüsusilə də Avstriyanın qaz tədarükü mənbələri və marşrutlarını diversifikasiya etmək cəhdlərində aparıcı rol aynayır. Bu barədə Trend-ə Avstriyanın xarici işlər naziri Mixael Şpindelegger Bakıya 22-24 iyun səfəri ərəfəsində bildirib.

"Azərbaycan bu layihədə aparıcı rol oynayır", - Şpindelegger deyib. Bu baxımdan, nazirin sözlərinə görə, Avstriya bu ay Azərbaycanla Türkiyə arasında imzalanmış qaz sazişi paketlərini dəstəkləyir və onu vacib addım kimi qiymətləndirir.

Şpindeleggerin sözlərinə görə, "Nabukko" qaz kəməri layihəsi gerçəkləşmək üzrədir. Nazirin gözlədiyi kimi, layihə üzrə tikinti işləri gələn ilin sonlarında başlayacaq.

Dəyəri 7,9 milyard avro olan "Nabukko" qaz kəmərinin tikintisi 2011-ci ilə, onun vasitəsilə qazın ilk nəqli 2014-cü ilə nəzərdə tutulub. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 milyard kubmetr təşkil edəcək. Qaz kəmərinin tikintisi 2010-ci ilə planlaşdırılıb. Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər - 16,67 faiz paya malikdir.

Şpindeleggerin sözlərinə görə, Azərbaycanla Avstriya arasında energetika sahəsində əməkdaşlıq böyük ümidlər verir və bu, hər iki ölkə üçün uğurlu şərait yarada bilər.

Onun sözlərinə görə, Avstriya həmçinin digər iqtisadi sahələrdə də əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Nazirin qeyd etdiyi kimi, bir çox Avstriya şirkətləri - STRABAG, Plasser & Theurer (dəmiryol sisteminin modernləşdirilməsi) və Coophimmelblau (yeni milli bank layihəsi) və STC (Şahdağ turizm kompleksi) biznesin yaradılmasında böyük fəallıq göstərirlər.

Şpindelegger qeyd edib ki, Avstriya həmçinin ekoloji texnologiya, səhiyyə və energetika kimi sahələrdə nou-hau təklif edə bilər.

Xəbər lenti

Xəbər lenti