...

ARDNŞ rəhbəri "Azərikimya" İB-də müşavirə keçirib

Energetika Materials 22 İyun 2010 18:31 (UTC +04:00)
Rövnəq Abdullayev "Azərikimya" İstehsalat Birliyində keçirilən müşavirə zamanı kimya kompleksinin fəaliyyətinin genişləndirilməsi, məhsulların həcminin və çeşidinin artırılması, keyfiyyətin yüksəldilməsi və nəticədə respublikaya xaricdən idxalın maksimum azaldılması məsələləri ilə bağlı tapşırıqlar verib.
ARDNŞ rəhbəri "Azərikimya" İB-də müşavirə keçirib

Azərbaycan, Bakı, 22 iyun /Trend/

ARDNŞ prezidenti Rövnəq Abdullayev "Azərikimya" İstehsalat Birliyində keçirilən müşavirə zamanı kimya kompleksinin fəaliyyətinin genişləndirilməsi, məhsulların həcminin və çeşidinin artırılması, keyfiyyətin yüksəldilməsi və nəticədə respublikaya xaricdən idxalın maksimum azaldılması məsələləri ilə bağlı tapşırıqlar verib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Müşavirədə neft-kimya kompleksinin potensialının genişləndirilməsi barədə müvafiq qərarlar qəbul edilib.

ARDNŞ prezidenti müəssisənin əsas texnoloji qurğularında təmirin yüksək keyfiyyətlə aparılması üçün bütün imkan və qüvvələrin səfərbərliyə alınmasının, lazım olan texniki avadanlığın vaxtında və tam şəkildə çatdırılmasının vacibliyini vurğulayıb.

Abdullayev susərinləşdirici qurğuların tikintisi ilə bağlı göstərişlər də verib.

Xalq tələbatı malları sexinin istehsal etdiyi məhsullarla tanış olan ARDNŞ rəhbərliyi satışın təşkili, marketinq məsələləri ilə maraqlanıb, məhsulların çeşidinin artırılmasını, keyfiyyətinin və dizayn elementlərinin yaxşılaşdırılmasını vacib məsələlər kimi qarşıya qoyublar.

Xəbər lenti

Xəbər lenti