...

Avropanın iri kommersiya bankları "Nabucco"nun maliyyələşdirilməsində maraqlıdır - konsorsiumun rəhbəri

Energetika Materials 24 İyun 2010 11:21 (UTC +04:00)
Aİ-yə qaz nəqli mənbələrinin şaxələndirilməsi məqsədi daşıyan Avropanın "Nabucco" boru kəməri üzrə tərəfdaşları 7,9 milyard avro dəyərində olan qaz kəmərinin tikintisi üçün maliyyələşmənin cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları ilə danışıqlar aparırlar.
Avropanın iri kommersiya bankları "Nabucco"nun maliyyələşdirilməsində maraqlıdır - konsorsiumun rəhbəri

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Y.Ostapenko/

Aİ-yə qaz nəqli mənbələrinin şaxələndirilməsi məqsədi daşıyan Avropanın "Nabucco" boru kəməri üzrə tərəfdaşları 7,9 milyard avro dəyərində olan qaz kəmərinin tikintisi üçün maliyyələşmənin cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları ilə danışıqlar aparırlar.

"Biz Avropa İnvestisiya Bankı və AYİB kimi banklarla danışıqlar aparırıq. Apreldə  kreditləşdirmə üzrə agentliklərlə danışıqlara başlamışıq". Bu barədə konsorsiumun icraçı-direktoru Reynhard Mitçek çərşənbə günü Bakıda bildirib.

Layihə üzrə yekun investisiya qərarının gələn ilin ortalarında qəbul ediləcəyi və 2011-ci ilin sonlarınadək inşasına başlanacağı ehtimal olunur.

"Nabucco"nun maliyyələşdirilməsi üzrə danışıqlar prosesinə kommersiya bankları daha fəal cəlb olunur. Maliyyə bazarı bərpa olunur, Avropanını iri kommersiya bankları layihəni maliyyələşdirməkdə maraqlıdır. Biz torpağın ayrılması, zəmanət strukturları barədə müqavilələr də daxil olmaqla, maliyyə məsələlərinin gələn ilin ortalarında başa çatdırılmasını planlaşdırırıq", - Mitçek bildirib.

"Nabucco" ilə ilk qaz nəqlinə 2014-cü ildə başlamaq planlaşdırılır. Mitçekin sözlərinə görə, konsorsium artıq 2011-ci ilin sonlarında tikintisi planlaşdırılan boru kəmərinin inşası üçün lazım olan boru, kompressor və digər materialların potensial tədarükçülərinin ilkin seçimi üçün dəvətnamələr paylayıb.

"Biz layihənin maddi-texniki təchizatında iştiraka böyük maraq görürük. Bu o deməkdir ki, layihənin işlənməsi qrafik üzrə gedir, indi əsas məsələlərdən biri qazın nəqli olacaq", - Mitçek qeyd edib.

Azərbaycan və türkmən qazı

Mitçekin sözlərinə görə, "Nabucco"nun səhmdarları, layihədə hər biri 16,67 faizlik bərabər paya malik olan OMV, MOL, "Bulgargaz", "Transgaz", "Botas" və RWE ilə kəmərin doldurulması ilə bağlı müstəqil danışıqlar aparırlar.

"Onlar - "Nabucco"nun səhmdarları - regiondan qaz alınmasında maraqlıdırlar. Türkmənistan, İraq və Azərbaycandan perspektivli bəyanatlar var. Bu, "Nabucco"nun uğurla irəlilədiyini göstərir. Azərbaycana biz ilk mənbələrdən biri kimi baxırıq", - Mitçek qeyd edib. - "Nabucco" Azərbaycanın "Şahdəniz-2" və ölkənin digər yataqlarından qaz gözləyir".

Türkmənistandan "Nabucco"dək qazın nəqli üçün Xəzərin dibi ilə Transxəzər qaz kəmərinin çəkilməsi lazımdır. Bu ideya 10 il bundan əvvəl səsləndirilib.

"Hazırkı məqamda Transxəzər qaz kəmərinin imkanları öyrənilir. Biz, təxminən, 10 milyard kubmetr türkmən qazının nəql olunacağını gözləyirik", - Mitçek qeyd edib.

Onun fikrincə, türkmən qazı Avropaya Transxəzər qaz kəməri, eləcə də indi "Şahdəniz" yatağından Azərbaycan qazının Gürcüstana və Türkiyəyə ixracı üçün xidmət göstərən Cənubi Qafqaz qaz kəməri (SCP) vasitəsilə ixrac oluna bilər.

Layihənin gəlirliliyi

"Nabucco"nun rəhbəri hesab edir ki, layihə texniki və kommersiya baxımından rəqabətqabiliyyətlidir. "Biz ildə 10-15 milyard kubmetr qazla işləməyə başlamağı planlaşdırırıq, belə həcm bizim üçün sərfəlidir", - Mitçek deyib.

"Nabucco"nun planlaşdırılan buraxılış qabiliyyəti ildə 31 milyard kubmetrdir. "Biz bilirik ki, başlanğıc üçün - borunun işi üçün - bu, qeyri-real həcmdir", - Mitçek qeyd edib.

Onun sözlərinə görə, "Nabucco"nun səhmdarları ARDNŞ-lə (Azərbaycan Dövlət Neft Şirkəti) ilə "Şahdəniz" layihəsi çərçivəsində qazın qiyməti ilə bağlı danışıqlar aparacaqlar. ARDNŞ bu qaz-kondensat layihəsində 10 faizlik iştirak payına malikdir.

"Növbəti addım, şübhəsiz, yekun qaz sazişinin imzalanması üzrə danışıqlar olacaq. Bu, bütün layihələrin investisiyaları üçün əsasdır. "Şahdəniz -2", Cənubi Qafqaz qaz kəmərinin çəkilişi,  "Şahdəniz"dən Azərbaycanın sahil xəttiboyu sualtı qaz kəmərinin tikintisi, eləcə də "Nabucco" layihəsi üçün", - Mitçek bildirib.

İranın layihədə iştirakı

Bu mərhələdə "Nabucco" İran qazının avropalı istehlakçılar üçün nəqlinə şübhə edir. Neft-qaz bazarının avropalı iştirakçıları əvvəllər bir neçə dəfə bəyan ediblər ki, İranın nüvə problemini müsbət həll etmədən bu ölkədən Aİ-yə qaz ixracı, çətin ki, mümkün olsun.

"İndi İranın "Nabucco"da iştirakı müzakirə edilmir. İran tərəfdən heç bir təklif daxil olmayıb. Bizim Azərbaycan, İraq və Türkmənistanla əlaqələrimiz var. Qazın haradan alınmasını avropalı alıcılar həll edəcəklər. Bu gün avropalı alıcılardan Azərbaycan, İraq, Türkmənistan və Misirdən qaz idxal etmək arzusu barədə siqnallar var", - Mitçek deyib.

Xəbər lenti

Xəbər lenti