...

ARDNŞ "Ümid" perspektiv strukturunda qazma işlərini davam etdirir

Energetika Materials 25 İyun 2010 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) kəşfiyyat qazma işləri çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Ümid" perspektivli dəniz strukturundakı quyunun sementlənməsi işini başa çatdırıb. Bu barədə cümə günü ARDNŞ-dəki mənbə bildirib.

"Artıq quyunun 3450 metrlik dərinliyində sementləmə işləri yekunlaşıb", - mənbə qeyd edib.

Onun sözlərinə görə, quyudan borular və digər avadanlıq çıxarıldıqdan sonra quyunun qazılması davam etdiriləcək. Quyunun layihə üzrə dərinliyi 6500 metrdir.

Qazma prosesinin başa çatması cari ilin sonuna, növbəti ilin əvvəlinə palnlaşdırılıb.

Bu, ARDNŞ-nin son 15 ildə müstəqil surətdə qazıdığı ilk kəşfiyyat qazmasıdır. Geoloqlar tərəfindən "Ümid" strukturunun mümkün ehtiyatları 200 milyard kubmetr qaz və 30 milyon ton kondensat həcmində qiymətləndirilir.

Kəşfiyyat quyusunun qazılması ARDNŞ tərəfindən "Ümid-1" platformasında aparılır. O, tikintisi başa çatmayan "Çıraq-6" platformasının bazasında tikilməklə, proqram çərçivəsində ən iri obyektdir. Onun uzunluğu 72 metrdir. Platforma "Bulla dəniz" dəniz yatağının 15 kilometrliyində və 58 metrlik dərinliyində yerləşir. Orada ümumilikdə 6 qaz quyusunun qazılması planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti