...

Misir neft emalına Azərbaycan sərmayələrini cəlb etmək niyyətindədir – neft naziri

Energetika Materials 8 İyul 2010 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Ü.Sadıxova/

Misir Aralıq dənizinin sahilində emaledici müəssisələrin yaradılmasına Azərbaycan sərmayələrini cəlb etmək niyyətindədir. Bu barədə Trend-ə Bakıda Misirin neft naziri Samih Fəhmi bildirib.

"İsgəndəriyyədə neft emalı zavodları var. Daha ikisi isə tikilməkdədir. Biz Azərbaycan neftini emal edirik, lakin daha çox iş görməyi arzulayırıq. Biz böyük sərmayələr istəyirik", - Fəhmi deyib.

"Bakıda keçirilən danışıqlar zamanı iqtisadi inkişaf, sənaye və energetika nazirləri ilə neft emalına Azərbaycan və ya Azərbaycan-Misir birgə sərmayələrinin yatırılması məsələləri müzakirə edilib", - nazir əlavə edib.

Fəhmi onu da qeyd edib ki, Misir Azərbaycanla neft-qaz sahəsi üzrə mütəxəssislərin hazırlanması sahəsində də əməkdaşlıq etmək istəyir.

"Azərbaycanın sovet dövründə ən yaxşı olan Neft Akademiyası var. Biz texniki kadrlara böyük ehtiyac duyuruq. Biz kadrların hazırlanması üzrə Malayziyanın qaz şirkəti ilə əməkdaşlıq edirik, magistr və doktorantların hazırlanması üçün Azərbaycanla da belə əməkdaşlığa ümid edirik", - nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti