...

ARDNŞ Xəzərdə yeni neft quyusunu istismara verib

Energetika Materials 28 İyul 2010 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul /Trend/

ARDNŞ "Neft Daşları" dəniz yatağında yeni neft quyusunu istismara verib. Bu barədə ARDNŞ-in çərşənbə günü yayılan məlumatında deyilir.

Məlumata əsasən, quyunun dərinliyi 2635 metr təşkil edir. Quyudan 2570-2590 metr intervalla sutkada 65 ton neft hasil edilir.

Quyu 2006-cı ilin sentyabrından istismar edilən "Neft daşları-1887" platformasından istismara verilib. İndiyədək platformada 22 quyu qazılaraq istismara verilib.

"Neft Daşları" yatağının hasil edilən neft-qaz ehtiyatı qalıqları 182 milyon ton nefti ötür. Bu yatağın geoloji ehtiyatlarının həcmi 365 milyon ton təşkil edir. Yatağın işlənməsi üzrə qüvvədə olan layihəyə əsasən, "Neft Daşları" yatağının işlənməsi 2035-ci ildə başa çatmalıdır.

Xəbər lenti

Xəbər lenti