...

ARDNŞ yeni avadanlıqlar alır

Energetika Materials 2 Avqust 2010 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi su, hava və torpaqdan götürülən nümunələrin araşdırılması üçün qabaqcıl istehsalçı firmalardan beynəlxalq standartlara uyğun yeni cihazlar alır. Bu barədə idarənin bazar ertəsi yaydığı məlumatda deyilir.

Həmçinin, işin keyfiyyətinin artırılması və idarənin ehtiyacları üçün maddi-texniki bazanın təkmilləşdirilməsi üçün "Agilent Technologies" şirkətinin istehsalı olan NPD və PFPD detektorları ilə təchiz edilmiş yeni nəsil 7890A GC System qaz xromatoqrafı alınıb.

Bu qurğu azot, fosfor və kükürd birləşmələrinin analizini aparmağa imkan verir.

PFPD detektorlu qaz xromatoqrafı vasitəsilə ətraf mühitə təsir edən amillərin, xüsusilə də kükürd birləşmələrinin dəqiq analizini aparmaq və mövcud problemlərin həllinə yönəlmiş tutarlı proqnozlar vermək mümkündür.

Xəbər lenti

Xəbər lenti