...

ARDNŞ Ukraynada YDM şəbəkəsinin rəsmi açılışına hazırlaşır

Energetika Materials 17 Avqust 2010 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir E.İsmayılov/

Sentyabrda ARDNŞ Ukraynanın Odessa vilayətində böyük yanacaqdoldurma kompleksini açmağı planlaşdırıb. Bu barədə çərşənbə axşamı ARDNŞ-in Ukrayna nümayəndəliyindəki mənbə deyib. Bu, şirkətin Ukrayna neft məhsullarının pərakəndə bazarına rəsmi çıxışı deməkdir.

Nümayəndəlikdən bildirdiklərinə görə, bu yaxınlarda Odessada bir yanacaqdoldurma məntəqəsi sınaq rejimində işləməyə başlayıb. Məntəqənin pilot qaydada açılışının məqsədi - bu istiqamətdə işlərin öyrənilməsi və təşkilindən ibarətdir.

"Bundan sonra yanacaqdoldurma məntəqələri tədricən istismara veriləcək", - mənbə vurğulayıb.

Ukrayna KİV-in məlumatına görə, pilot yanacaqdoldurma məntəqsi avqustun 7-dən etibarən, Odessanın Liman küçəsində öz işinə başlayıb. Məntəqədə Rumıniya və Litvadan olan yüksəkoktanlı benzin, eləcə də EN590 standartlı dizel yanacağı satılır. Neft məhsullarının tədarükü üçün DAF markalı üç iritonnajlı benzindaşıyan maşın alınıb.

Bundan əvvəl ARDNŞ Ukraynada 20-yə yaxın yanacaqdoldurma məntəqəsi alıb. Bu, şirkətin Ukraynadakı fəaliyyətinin, xüsusilə də bu ölkənin bazarında neft məhsullarının genişmiqyaslı pərakəndə satışı üzrə layihənin yalnız bir hissəsidir.

Xəbər lenti

Xəbər lenti