...

ARDNŞ dizel yanacağı və avtomobil benzininin Avro-3 standartına keçidinin dəyərini açıqlayıb

Energetika Materials 30 Dekabr 2010 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir E.İsmayılov/

Ekoloji Avro-3 standartlarına cavab verən dizel yanacağı və avtomobil benzininin istehsalı ARDNŞ-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 22-23 milyon dollara başa gələ bilər. ARDNŞ-nin yüksəkvəzifəli nümayəndəsi belə hesab edir.

Onun sözlərinə görə, Avro-3 standartı üzrə dizel yanacağının istehsalına keçidə çox vaxt lazım olmayacaq, lakin böyük həcmli vəsait tələb edəcək.

"Avro-3 üzrə dizel yanacağının istehsalı xüsusilə katalizatorların dəyişdirilməsi sayəsində əhəmiyyətli olacaq və şirkətə təxminən 10 milyon dollara başa gələcək", - cümə axşamı şirkət nümayəndəsi qeyd edib. Avro-3 standartına uyğun olan dizel yanacağının istehsalına ARDNŞ 2011-ci ildə başlamağı planlaşdırır.

ARDNŞ 2010-cu ilin yanvar-noyabrında 2,21 milyon ton dizel yanacağı istehsal edib ki, bu da 2009-cu ilin analoji dövründə istehsal olunandan 207,8 min ton çoxdur. 2010-cu ilin noyabrında ARDNŞ 174,7 min ton dizel yanacağı istehsal edib ki, bu da ötən ilin noyabrında istehsal olunandan 3,9 min ton azdır.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, avtomobil benzininin keyfiyyətinin Avro-3 standartına çatdırılması Heydər Əliyev adına NEZ-də katalitik riforminqin quraşdırılması zamanı kiçik əlavə qurğunun tikintisini tələb edəcək. Layihə 12-13 milyon dollara başa gələcək. Şirkət Avro-3 standartına cavab verən avtomobil benzininin istehsalına 2012-ci ildə başlamaq planlaşdırılır.

ARDNŞ 2010-cu ilin yanvar-noyabrında 1139,69 min ton avtomobil benzini istehsal edib ki, bu da 2009-cu ilin analoji dövründə istehsal olunandan 10,3 min ton çoxdur. 2010-cu ilin noyabrında ARDNŞ 108,46 min ton avtomobil benzini istehsal edib ki, bu da ötən ilin noyabrında istehsal olunandan 6,6 min ton çoxdur.

Xəbər lenti

Xəbər lenti