...

Poti dəniz limanı neft yüklərinin daşınmasını artırıb

Energetika Materials 1 Fevral 2011 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.İsmayılov/

2010-cu ildə Gürcüstanın Poti beynəlxalq Qara dəniz ticarət limanı 2009-cu ildəki 900 min tona qarşı 1,2 milyon ton neft yükləri göndərib. Bu barədə çərşənbə axşamı Poti limanındakı mənbə bildirib.

Onun sözlərinə görə, neft yüklərinin daşınmasında xeyli artım müşahidə olunub. Liman ümumilikdə, ötən il 1,2 milyon ton neft yükləri göndərib. 2009-cu ildə bu rəqəm 900 min ton olub.

Onun sözlərinə görə, 2010-cu ildə liman vasitəsilə 7,3 milyon ton müxtəlif yüklər daşınıb. 2009-cu ildə bu rəqəm 6,1 milyon ton təşkil edib.

Ümumilikdə, 2009-cu ildə Poti limanı vasitəsilə 6,1 milyon tona yaxın müxtəlif yüklər daşınıb, bunun 3,04 milyon tonu əsas yüklərin, 2,1 milyondan çoxu isə tökmə yüklərin payına düşüb. Bunun 904 min tona yaxını isə neft yükləri olub.

Həmçinin, 2009-cu ildə Poti limanından 172,8 min ton konteyner yükləri daşınıb.

Poti limanında cəmi 15 körpü var.

Xəbər lenti

Xəbər lenti