...

Azərbaycan açıq tranzit ölkədir - Rövnəq Abdullayev

Energetika Materials 14 Sentyabr 2011 14:41 (UTC +04:00)
Avropa Enerji Xartiyasına görə, Azərbaycan açıq tranzit ölkədir.
Azərbaycan açıq tranzit ölkədir - Rövnəq Abdullayev

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Avropa Enerji Xartiyasına görə, Azərbaycan açıq tranzit ölkədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev Avropa İttifaqının Aİ, Azərbaycan və Türkmənistan arasında Transxəzər qaz kəmərinin tikintisi üzrə danışıqlara mandat verilməsi haqqında qərarını şərh edərkən deyib.

"Transxəzər layihəsi bizim layihəmiz deyil. Bu layihə Türkmənistan və Aİ arasındadır. Avropa Enerji Xartiyasına görə, biz açıq tranzit ölkəsiyik və onların tikmək istədikləri infrastruktur bu iki tərəfin öz işidir. [...] Biz artıq bu məsələni müzakirə etməyə hazır olduğumuzu bildirmişik", - Abdullayev deyib.

Danışıqlar aparmaq üçün mandat bazar ertəsi verilib. Aİ ilk dəfə olaraq infrastruktur layihələrinə dəstək üzrə saziş təklif edir.

Uzunluğu 300 kilometrə yaxın olan Transxəzər boru kəməri Xəzərin Türkmənistan sahillərindən Azərbaycana qədər uzanacaq və burada "Nabukko" ilə birləşəcək. Aİ və digər ölkələrlə Transxəzər boru kəmərinin tikintisi barədə danışıqlar ötən əsrin 90-cı illərindən aparılır. Bu gün boru kəmərinin tikintisi Xəzərin statusunun müəyyən edilməməsi səbəbindən çətinləşib.

Azərbaycanla Türkmənistanın danışıqları zamanı Aİ Transxəzər boru kəmərinin tikinti və istismarı üçün Türkmənistan və Azərbaycana lazım olan tərəflərin hüquqi öhdəliklərinin, ikitərəfli müqavilələrin hazırlanması ilə bağlı sazişi müzakirə etmək istəyir. Həmçinin o, boru kəmərinin türkmən qazı ilə doldurulması üçün tətbiq olunacaq hüquqi bazanın və o cümlədən ticarət sazişlərinin tanınmasını müzakirə etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti