Azərbaycan, Bakı, 14 notyabr /Trend, müxbir E.İsmayılov/
Yanvar-oktyabr aylarında "Azərenerji" ASC tərəfindən 16 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Ötən ilin analoji dövründə bu rəqəm 15,2 milyard kilovat-saata yaxın olub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ASC-nin yaydığı məlumatda deyilir.
10 ay ərzində istehsal edilmiş elektrik enerjisinin ümumi həcmindən 13,6 milyard kilovat-saatdan çoxu İES-lərin, 2,4 milyard kilovat-saata yaxını isə SES-lərin payına düşür.
Bununla yanaşı, bu müddətdə Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstan ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.