...

İran Xəzər dənizində yeni qaz yatağı kəşf edib (YENİLƏNİB)

Energetika Materials 11 Dekabr 2011 00:44 (UTC +04:00)

təfərrüatlar əlavə olunub (ilk xəbər 14:44-də yayılıb)

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir F.Milad/

İran Xəzər dənizində yeni qaz yatağı kəşf edib.

İran Xəzər dənizində 1.4 trillion kubmetr qaz ehtiyatlarına malik olan yeni yataq kəşf edib. Trend-in məlumatına görə, xəbəri İranın Milli Neft Şirkəti yayıb.

İranın Neft naziri Rüstam Qasimi bildirib ki, yeni qaz yatağı 700 metr dərinlikdə yerləşir və vurğuladı ki, sərhədətrafı zonada olmasına baxmayaraq yeni yataq bütövlükdə Xəzərin İranın sektorunda yerləşir.

Nazirin sözlərinə görə, yeni yatağdan çıxarılacaq qaz bəzi xüsusiyyətlərinə görə Cənub Pars yatağından çıxarılan qazı üstələyəcək. O həmçinin bildirib ki, bu qazd həm daxili bazarda istifadə olunacaq, həm də ixrac olunacaq.

İran mütəxəssisləri həmçinin yeni yataqda neft verən qatların mövcudluğunu proqnozlaşdırırlar.

İranın təbii qaz ehtiyatları ötən iki il ərzində 900 milyard kubmetr artaraq 34 trillion kubmetrə çatıb.

İran təbii qaz ehtiyatlarının həcminə görə Rusiyadan sonra dünyada ikinci yeri tutur.

Xəbər lenti

Xəbər lenti