...

Azərbaycanda qazın verilməsinin həcmi yüksək səviyyədə qalır

Energetika Materials 10 Fevral 2012 11:29 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi Azərbaycanda əhalinin qaza olan tələbatını tam təmin edir.
Azərbaycanda qazın verilməsinin həcmi yüksək səviyyədə qalır

Azərbaycan, Bakı, 10 fevral / Trend müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi Azərbaycanda əhalinin qaza olan tələbatını tam təmin edir. Bu barədə cümə günü Trend-ə İB-nin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı bildirib.

Onun sözlərinə görə, ölkə əhalisinə kifayət həcmdə qaz verilir. O cümlədən, Bakıda qazın verilişi 15 milyon kubmetri ötür, ümumilikdə isə ölkə üzrə sutkada 26 milyon kubmetr qaz verilir.

"Qazın verilməsinin həcmləri ölkə üzrə yüksək səviyyədə saxlanılır. Qazın verilişində problem müşahidə olunmur", - Eyvazlı qeyd edib.

Onun sözlərinə görə, yaranan azsaylı problemlər lokal xarakter daşıyır və çevik reaksiya qrupları tərəfindən aradan qaldırılır.

Bir həftədən çoxdur ki, Azərbaycan ərazisində bu gün də saxlanan kəskin hava şəraiti müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti