...

Azərbaycanın enerji operatoru daşqın olarsa, SES-lərin normal işini təmin edəcək

Energetika Materials 1 Mart 2012 14:28 (UTC +04:00)
"Azərenerji" SC yazda gözlənilən daşqınlara hazırlıq üçün SES-lərin kaskadlarında zəruri işlər həyata keçirib.
Azərbaycanın enerji operatoru daşqın olarsa, SES-lərin normal işini təmin edəcək

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" SC yazda gözlənilən daşqınlara hazırlıq üçün SES-lərin kaskadlarında zəruri işlər həyata keçirib. Bu barədə cümə axşamı Trend-də SC-dən məlumat verilib.

Azərbaycan ərazisində elektrik stansiyalarının iki iri kaskadı mövcuddur: tərkibinə Mingəçevir və Vərvərə elektrik stansiyalarının daxil olduqları Mingəçevir SES, eləcə də Şəmkir və Yenikənd SES-in daxil olduqları Şəmkir SES.

Məlumata görə, bütün elektrik stansiyalarındakı qurğu və avadanlıqlara, habelə damba və su anbarlarından suyun axıdılması üzrə qurğulara baxış keçirilib.

"Həmçinin zəruri sahilbərkitmə işləri də görülüb", - SC-dən deyiblər.

Dağlıq rayonlarda qarların və buzların əridiyi dövrdə suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artacağı halda su anbarlarında və kanallarda suyun səviyyəsi qabaqcadan hazırlanmış qrafikə uyğun olaraq tənzimlənəcək.

Fevral ayı ərzində Azərbaycan ərazisində kəskin şaxtalı və qarlı hava şəraiti müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti