...

Azərbaycan qaz hasilatını 10 faiz artırıb

Energetika Materials 15 May 2012 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.İsmayılov/

2012-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 14,77 milyon tona yaxın neft və kondensat hasil olunub ki, bu da 2011-ci ilin analoji dövr göstəricisindən 6,9 faiz azdır. Bu barədə çərşənbə axşamı Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2011-ci ildə Azərbaycanda 2010-cu ildəki 50,83 milyon tona qarşı cəmi 45,37 milyon ton neft hasil olunmuşdu.

Ötən il neft hasilatının əsas həcmi xarici tərəfdaşlarla birgə işlənən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun və "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb.

Yanvar-apreldə Azərbaycanda qaz hasilatı 5,96 milyard kubmetr təşkil edib ki, bu da 2011-ci ilin analoji dövr göstəricisindən 9,9 faiz çoxdur.

2011-ci ildə respublikada 2010-cu ildəki 26,23 milyard kubmetrə qarşı 26 milyard kubmetrə yaxın qaz hasil olunmuşdu.

Yanvar-apreldə ölkədə 7,7 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub. Bu, 2011-ci ilin analoji dövr göstəricisindən 9,5 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti